Vurulmuş Ukrayna təyyarəsi…

QafqazTimes.com unn.com.ua-ya istinadən xəbər verir:

İranın Ukraynadakı səfiri Mənuçehr Muradi Tehran üzərində vurulmuş Ukrayna təyyarəsi ilə bağlı Ukraynanın UNN şəbəkəsinin suallarını cavablandırıb. Səfir deyib:

-Bu faciəli hadisə idi. Həlak olanların əksəri – 147 nəfəri İran vətəndaşıdır.

-İran tərəfi hadisəni araşdırırb,  Beynəlxalq Mülki Aviasiya Təşkilatı və maraqlı tərəflərə hesabat təqdim edib.

-Həlak olan hər şəxsin ailəsinə 150 min dollar kompensasiya verilib və mövzu qapanmayıb.

-Həlak olanların xatirəsinə Tehranda, təyyarə süqut edən yerdə abidə ucaldılıb. Dnepr sahilində də belə bir abidə tikilib.

-Hadisənin texniki, hüquqi və məhkəmə aspekti var. Texniki hesabat var, kompensasiya ödənib, müqəssirlər barədə istintaq gedir.

-Hadisə Tehran səmasında hərbi vəziyyət elan olunduğu zaman baş verib. ABŞ-ın təcavüzkar siyasətləri bu vəziyyəti yaradıb. Sülh zamanı bu belə bir hadisə ola bilməzdi. Təyyarə hava həyəcanı zamanı ABŞ raketi kimi hədəfə alınıb. Bu səhvə görə cavabdeh şəxslər mühakimə edilir.

-Bulanıq suda balıq tutan siyasi məqsədli aradırma komissiyalarını İran tərəfi rəsmən tanımır. 176 həlak olan şəxsdən 146 nəfəri İran vətəndaşı, 11 nəfəri Ukrayna vətəndaşı, 10 nəfəri Əfqanıstan vətəndaşı, 5 nəfəri Kanada vətəndaşı, 4 nəfəri İsveç vətəndaşıdır. İran ikili vətəndaşlığı tanımır.

-İngiltərə hay-küy salır ki, hadisədə İngiltərə vətəndaşı həlak olub. Həmin şəxs hava limanında İran pasportu təqdim edib və biz onu İran vətəndaşı kimi tanıyırıq.

-Kanada İranla diplomatik münasibətlri pozub və hadisədən şou yaradır.

Related posts

Hərbi komandanlarla görüşdə

Susuz dodaqlar və susuz vicdanlar – video

İsrail rejimi Qəzzə sakinlərinin suyunu tamamilə kəsib