Vitkof: Tramp İranla arada etimad yaratmaq istəyir

Trampın Qərbi Asiya işləri üzrə xüsusi nümayəndəsi Stiven Vitkof, məşhur amerikalı jurnalist Takker Karlsonla X şəbəkəsində müsahibəsində iddia etdi ki, Trampın son mesajı təhdid məqsədi daşımır.

Vitkof Trampın sözlərini qeyd edərək dedi ki, Tramp İranla bağlı bütün məsələlərin həll olunacağı bir fürsəti müsbət qarşılayır. Vitkof bildirib: “Tramp onlarla etimad yaratmaq istəyir.”

Vitkof həmçinin iddia etdi ki, ABŞ və İran arasında müzakirələr müxtəlif ölkələr və çoxsaylı kanallar vasitəsilə davam edir.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib