Vilayət Eyvazovdan yüksək vəzifələrə yeni təyinatlar

Daxili İşlər Nazirliyində(DİN) növbəti kadr dəyişikliyi baş tutub.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Babək Rüstəmov Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, digər əmrlərlə polis polkovnik-leytenantı İlham Əhmədov müvəqqəti saxlanma təcridxanasının rəisi, polis kapitanı Ata Atayev isə idarənin yeniyetmələrlə iş üzrə şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovniki Cavid Muradov təyin edildikdən sonra idarədə kompleks yoxlamalara başlanmış, bir sıra yüksək vəzifəli polis zabitləri işdən çıxarılmışdı.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video