Maduro, İsrailin İslam Respublikası ərazisindəki hədəflərə endirdiyi hücumu qınayaraq bunu “cinayətkar hücum” adlandırıb. Özünün Səfərad yəhudilərindən və İsrailin 12 tayfasından gəldiyini iddia edən Maduro, İsrail baş naziri Benyamin Netanyahunu “21-ci əsrin Adolf Hitleri” adlandırıb.
Maduro son 24 saatda baş verənləri İkinci Dünya Müharibəsinin başlanğıcına bənzədərək, “vaxtilə Hitleri dəstəkləyən Vaşinqton–Paris–London oxunun” indi “Yaxın Şərqdəki faşist-sionist layihəni” dəstəklədiyini bildirib.