Venesuela prezidenti futbol oynadı: Ölkə adına qol vurdu – VİDEO

Venesuela Prezidenti Nikolas Maduro seçki kampaniyası çərçivəsində Miranda əyalətinin Marizapa qəsəbəsini ziyarət edib.

Bir futbol meydançasının açılışında iştirak edən Venesuela prezidenti daha sonra uşaqlarla futbol oynayıb.

Nikolas Maduro bu görüntüləri rəsmi “X” hesabında paylaşıb.

“Niyə də yox? Marizapa futbol sahəsində Mirandanın qız və oğlan uşaqları ilə kiçik bir futbol matçı. Venesuela üçün bir qol! Bəli, bax belə…”, – deyə o, paylaşıma şərh verib.

Yerli mətbuatda çıxan xəbərlərə görə, Nikolas Maduro iyulun 28-də ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar Miranda əyalətində vətəndaşlarla görüşüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi