Venesuela prezidenti Qərb və Amerikaya xəbərdarlığında deyib: “ABŞ və Avropa ölkələri Ukrayna prezidenti Vladimir Zelenskinin atom elektrik stansiyalarına qarşı “terrorçu” hərəkətlərini dayandırmalıdır.
Qafqaztimes xəbər verir ki, Nikolas Maduro əlavə edib: Amerika və Avropa Zelenskinin atom elektrik stansiyalarına qarşı terror planlarını dayandırmalı və Ukraynanın qəti şəkildə təslim olması və bu ölkədə nasizmə son qoyulması üçün siyasi danışıqları təmin etməlidir.
Maduro bəyan edib: “Kiyevdə siyasi hakimiyyəti ələ keçirmiş nasistlərin bu qrupu Rusiyaya qarşı apardıqları işğalçılıq müharibəsində uğursuzluğa düçar olub.”
Venesuela prezidenti Ukrayna qüvvələrinin uğursuzluğu və təslim olmasının zaman məsələsindən asılı olduğunu vurğulayaraq, “Rusiya prezidenti Vladimir Putin və ordusunun Ukraynadan nasizmin kökünü kəsə bilməsinin vaxtı çatıb və o bunu mütləq edəcək” deyib.
Qeyd edək ki, bu ayın 9-da Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinə Kursk AES-in vəziyyəti və Ukraynanın bu əraziyə hücumu barədə məlumat vermişdi.