Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanı ilə əlaqələrin normallaşdırılması barədə sionist rejim medialarını yalan və səhv informasiyalar yaydığını elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ dövlət katibinin müavini Barbara Leaf Amerikanın vasitəçiliyi ilə Riyaz-Tel Əviv əlaqələrinin normallaşması haqqında məlumatlar yalandır.
B.Leaf həmçinin ABŞ-ın vasitəçilik edildiyi deyilən, İsrail medialarında olan səhv informasiyaların həqiqətdən uzaq olduğunu və bu xüsusda İsrail dövlətini tənqid edərək deyib: Riyaz-Tel Əviv münasibətlərinin normallaşması üçün ABŞ-ın heç bir tədbiri yoxdur.
O, həmçinin qeyd edib: İsrail müdialarında yayımlanan məlumatlarda zənn-güman, səhv və şişirdilmiş formada çatdırılır.
Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hazırda rəsmi diplomatik əlaqələri yoxdur.
Çinin vasitəçiliyi ilə Tehran-Riyaz əlaqələrinin normallaşmasından sonra Tel Əviv müxtəlif bəhanələrlə Səudiyyə Ərəbistanı ilə münasibətlərini düzəltməyə çalışdığı üçün Amerikanın bu zəmində vasitəçiliyini bəhanə gətirir.