Vaşinqton Rəfəh keçidi barədə Tel Əvivə təklif etdi

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib: İsrail Rəfəhdə mülki şəxslərin qorunması və mövcud vəziyyətin yaxşılaşması üçün zəmanət verməlidir.

Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ rəsmisi bu gün (21 may) deyib: Rəfəh keçidi dərhal açılmalıdır çünki, bundan artıq gecikmə münasib deyil.

ABŞ rəsmisinin sözlərinə görə İsrailə Rəfəhə hücum barədə alternativ təkliflər verilib və bu təklifin daha yaxşı nəticələr verəcəyi qətidir.

Məlumata görə İsrail müharibə kabineti Rəfəhə geniş hücumdan əvvəl məhdud hücumlara üstünlük verir. Amma Vaşinqton Postun məlumatına görə ABŞ rəsmiləri Co Baydenin bu məhdud hücumlara qarşı çıxmayacağına inanırlar.

Qeyd edək ki, Rəfəh şəhərinin 1 milyon 500 min əhalisindən 700 min nəfəri şəhəri tərk edib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib