Van Qoqun əsəri 4,5 milyon avroya satıldı – FOTO

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadının portreti” tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb.

Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyon manat) çox pul ödəyib.

Rəsm 63×48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilib. Onun tarixi təxminən 1884-cü ilə, Van Qoq Hollandiyanın Nyuenen şəhərində yaşadığı vaxta təsadüf edir.

Rəsm ABŞ-nin Nyu Orleanda yerləşən “M.S. Pay” qalereyası tərəfindən satışa çıxarılıb. Əsərin yeni sahibi Avropadan kənarda özəl muzeyi olan fərdi şəxsdir. Onun adı çəkilmir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi