Uzunluğu altı metrə çatan pitonun ələ keçmə anları (Video izlə)

Uzunluğu altı metrə yaxın olan nəhəng piton çaydan çıxarılaraq, torbaya salınır. Bu qorxulu olduğu qədər maraqlı kadrlar ABŞ-nin Florida ştatında çəkilib.

Məlumata görə, nəhəng Birma pitonu uzun müddət yerli sakinlər arasında qorxu yaradıb. Ancaq onu tapmaq mümkün olmayıb.

Nəhayət, pitonu yol kənarında görən Florida sakini yerli hökumət nümayəndələrinə xəbər verib. Hadisə yerinə dərhal ilan ovçuları göndərilib.

Rəsmilərin sözlərinə görə, pitonun uzunluğu beş metr 79 santimetr olub.

İlanın ovlanması anları kameralarla qeydə alınıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi