“Üzüklərin hökmdarı”nın ulduzu səhnədən yıxılaraq xəstəxanalıq oldu – FOTO

“Üzüklərin hökmdarı” və “Hobbit” filmlərində “Gendalf” rolu ilə sevilən məşhur britaniyalı aktyor İan Makkellen Londondakı (Böyük Britaniya) Noel Kauard Teatrında “Oyunçu kralları” (“Player Kings”) tamaşası zamanı səhnədən yıxılaraq xəsarət alıb.

85 yaşlı aktyor döyüş səhnəsini canlandırarkən tarazlığını itirib. Bundan sonra tamaşa ləğv edilib. İan Makkellen isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, İan Makkellen karyerası ərzində 70-dən çox teatr tamaşasında və 130-dan artıq filmdə rol alıb. O, 1979-cu ildə Britaniya İmperiyası Ordeninin komandoru, 1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə “Cəngavər” tituluna layiq görülüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi