ÜST: Qəzzədəki vəziyyət fəlakətdir

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Qəzzə zolağında vəziyyətin fəlakət olduğunu, insanların sığınacaq, su və elektrikə ehtiyacı olduğunu vurğulayaraq deyib: Xəstəxanlara hücumlar və bombardmanlar nəticəsində yaralanan yüz minlərlə insanın hətta ilkin ehtiyacları belə təmin olunmur.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Marqarit Harris müharibənin dərhal dayandırılmasını və humanitar fəlakətin qarşısının alınmasının zərurətindən danışıb.

Harris həmçinin deyib: Qəzzanın səhiyyə sistemi tamamilə çökür və xəstəxanaların bombardman edilməsi ilə tam bağlanması müharibənin getdiyi bölgənin müalicə sisteminə ağır zərbədir.”

Xatırladaq ki, dünən ÜST Əl Muəmədani xəstəxanasının bombardman edilməsindən sonra Qəzzə zolağının şimalında heç bir xəstəxna fəaliyyət göstərmədiyini elan etmişdi.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib