Uşaqları qamçı ilə döyən müəllim barədə AÇIQLAMA (Video izlə)

Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. 

Sosial şəbəkədə paylaşılan görüntülərin Sumqayıtda “Xəmsə” tədris müəssisəsində lentə alındığı deyilir.

Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.  Paylaşımlarda iddia edilir ki, sözügedən müəllimin adı Elşaddır.

“Xəmsə” Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva bildirib ki, həmin müəllim pandemiya dövründən “Xəmsə” Tədris Mərkəzində icarəyə otaq götürüb: “O bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyib.  Pandemiya dövründə çalışıb və hadisə də o vaxt olub. Lakin videogörüntülər indi yayılıb. Müəllim artıq bizim müəssisədə çalışmır. Elşad Qurbanov həmin dövrdə bizdə dərs deyib. Hətta nəticələri yüksək olan müəllimlərdən biridir. Valideynlər uşaqlarını riyaziyyatdan məhz o müəllimin hazırlaşdırmasını istəyirdilər. Yüksək nəticə əldə etsinlər deyə o vəziyyətdə dərs keçməsinə belə valideynlər razı idi. Elşad Qurbanovun qrupuna uşaq yerləşdirmək də çətin idi, hər uşağı qrupa götürmürdü. Həmin videogörüntülərdəki hadisə də pandemiya dövründə olub. Hadisənin videogörüntüləri indi yayılıb. Heç o dövrdə də bizə bu barədə valideyn şikayəti daxil olmamışdı”.

Araşdırmalar zamanı müəllimin şagirdi döyməsi hadisəsinin cari ilin yanvar ayında baş verdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, hazırda müəllim və şagirdin valideynləri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunublar:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Həmin videogörüntüləri təqdim edirik:

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video