Uşaqları otağa saldı, azərbaycanlı arvadını güllələdi – FOTOLAR

İstanbulda ər azərbaycanlı həyat yoldaşını güllələyib.

Hadisə dünən Bakı vaxtı ilə 17:00 radələrində baş verib.

Əkiz qızları ilə birlikdə 7 mərtəbəli binanın dördüncü mərtəbəsində yaşayan Özal və Cəmilə arasında mübahisə yaranıb. Özal qızlarını evin bir otağına salaraq qapını bağlayıb. Bunun ardınca isə həyat yoldaşına atəş açıb.

38 yaşlı kişi eyni silahla intihar etməyə cəhd edərkən yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı cütlük xəstəxanaya yerləşdirilib.

Polis insidentlə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Cəmilənin xəstəxanaların birində mamaça olaraq çalışdığı bildirilir.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)