Uşaqlar və yeniyetmələr- böyük Ərbəin irsinin varisləri + Foto

Əzəmətli Ərbəin mərasimində, zəvvarlar həvəslə, dözülməz istiyə qatlaşaraq eşq yolunda qədəm qoydular və nəhayət məqsədə yetişdilər.

Zəvvarlara xidmət hər il olduğu kimi gözəl bir şəkildə həyata keçdi. Şəhidlər ağasının aşiqləri yemək vermək, istirahət yeri təmin etmək, su və digər ehtiyacları qarşılamaqla zəvvarlara xidmət göstərirlər, bəzən də bu xidmətləri göstərmək üçün zəvvarlara belə yalvarırlar.

Böyüklərin kənarında uşaqların da xidmət etməsi bu yolun şirin hadisələrindən biridir. Valideynləri ilə birlikdə zəvvarlara xidmət edən və imkan daxilində qabları yumağa, yeməyi bişirməyə və xeyməni təmizləməyə kömək edən uşaqlar və yeniyetmələri görmək çox maraqlıdır.

Ancaq uşaqların və yeniyetmələrin iştirakının əhəmiyyəti təkcə bu işlərə görə deyildir. Bu uşaqlar gələcək nəslin xadimləridirlər. Əslində İraq ailələri Ərbəinin saf mədəniyyətini uşaqlara və yeniyetmələrə ötürürlər ki, bu nəsil gələcəkdə belə bir günü qeyd etməyi unutmasın və bu Ərbəin mədəniyyətini gələcək nəsillərə ötürsünlər.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))