Uşaq bağçasına hücum edildi: 4 azyaşlı həlak oldu – FOTO

Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu nəticəsində 4 uşaq ölüb, 3-ü yaralanıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayılıb.

Məlumata görə, kişi ölkənin cənubunda yerləşən Blumenau şəhərində özəl təhsil müəssisəsinə soxulub və balta ilə uşaqlara hücum edib. Bundan sonra o, polisə təslim olub. Hücum edənin motivləri və mümkün şəriklərinin olması araşdırılır.

Uşaq bağçasının binasında hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İçəriyə heç kəs buraxılmır.

Qeyd edək ki, bu, son bir ayda Braziliyada təhsil müəssisəsinə ikinci hücumdur. Martın sonunda San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, üç müəllim və bir şagirdi yaralayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi