Üsamə Həmdan: İsrail Qəzzədə sivillərə qarşı mütəşəkkil cinayətlər törədir

Üsamə Həmdan: İsrail Qəzzədə sivillərə qarşı mütəşəkkil cinayətlər törədir

Həmasın yüksək rütbəli rəsmisi sionist rejimin Qəzzə zolağının şimalında dinc insanlara qarşı sistematik cinayətlər törətdiyini, təhlükəsizlik bəhanəsi ilə didərginləri qərəzli keçidlərə sövqləndirdiyini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Üsamə Həmdan bu gün (22 oktyabr) deyib: Beynəlxalq təşkilatlar sionist rejimin sistematik cinayətlərinə göz yumur və onların minlərlə köçkünə qarşı mütəşəkkil cinayətlərinin davam etməsinə şərait yaradır.

Üsamə Həmdan əlavə edib: Ötən 17 gün ərzində Qəzzənin şimalında 700 fələstinli şəhid olub. İşğalçı rejim didərginləri xüsusi məqsədlərlə bəzi dəhlizlərə sövqləndirir, bu keçidlərin təhlükəsiz olduğunu iddia edərək dinc insanları ölümə sürükləyirlər. Maraqlısı da budur ki, beynəlxalq təşkilatların gözü qarşısında baş verən bu cinayətlər sükutla qarşılanır və günü-gündən təcavüzkarlığın şiddəti artır, günahsız insanlar şəhid olur.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir