Üsamə Həmdan: ABŞ və İsrail müvəqqəti atəşkəs istəyir

Həmasın yüksək rütbəli rəsmisi Həmas-İsrail müzakirələrində ABŞ və Tel Əvivin müvəqqəti atəşkəslə razı olduğunu, müharibənin tam dayandırılmasını istəmədiklərini söyləyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Üsamə Həmdan deyib: Şübhəsiz, hər hansı bir müzakirədən nəticə alınmazsa, davam etməyəcək. İsrail humanitar böhranı daha da gərginləşdirmək niyyətindədir.

Paris təkliflərində də bu maneənin mövcud olduğunu və Həmasın realist təfəkkürlə məsələyə yanaşdığını xatırladan Üsamə Həmdan deyib: Elə ilk gündən İsrail və Amerikanın Qəzzə müharibəsinin tam dayandırılmasına razı olmayıb müvəqqəti atəşkəs istədiyi bəlli idi. Elə ona görə də zaman tələf edirdilər. Amma bizim mövqeyimiz məlum idi. Biz yazılı razılaşmadan başqa heç bir şey istəmirik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur