Uşağın odla oynaması avtomobilləri külə döndərdi – VİDEO

Rusiyada qovağın pambığaoxşar tükcüklərinin yandırılması altı avtomobilin alovlara bürünməsi ilə nəticələnib.

Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin ərazi üzrə mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Çita şəhərində baş verib.

Məlumatda yanğının 12 yaşlı uşaq tərəfindən törədildiyi vurğulanıb, o qarajların yanındakı tükcükləri yandırarkən kameraya düşüb.

Uşağın ifadəsi alınıb. Yanğınla bağlı araşdırma aparılır, nəticələrinə əsasən Rusiya qanunvericiliyinə uyğun qərar qəbul ediləcək. Hazırda dəymiş ziyanın məbləği hesablanır və araşdırma aparılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi