Uşağın gözü qarşısında din xadimini bıçaqlayıb öldürdülər – VİDEO

Çeçenistanın Şelkovski rayonunun Voskresenovskoye kəndində 54 yaşlı din xadimi, yerli sakin olan molla qətlə yetirilib.

Cinayəti qatil özü lentə alıb. Ən dəhşətli məqamlardan biri də hadisə zamanı bir neçə metr aralıda kiçik uşağın dayanması olub.

Darvazadan içəri girən qatil əvvəlcə molla ilə sakit söhbət edib, sonra qəfildən yerə yıxaraq bıçaqlamağa başlayıb. Bu zaman yaxınlıqda dayanan uşaq cinayətə şahid olub. Qorxmuş uşaq hətta qışqırmayıb, sakitcə bir insanın öldürülməsini seyr edib.

Qatil mollaya ən azı 10 zərbə endirib və sonra maşınına minərək hadisə yerini tərk edib.

İlkin versiya kimi, qətlə qan davasının səbəb olduğu deyilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Qatil axtarışa verilib və ona qarşı cinayət işi açılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi