Ürküdücü hadisə: Göldə üzən tabutlar – VİDEO

Rusiyanın Saransk şəhərində (Mordoviya Respublikasının paytaxtı) qəribə və eyni zamanda ürküdücü hadisə baş verib.

Meşədəki gölün kənarında gəzən sakinlər sahilə yaxın suda üzən tabutlarla qarşılaşıblar. Hakimiyyət orqanları tabutları açmağa qərar veriblər. Lakin tabutlar boş olub və içində heç nə olmayıb. Təhlükə yaratmasalar belə, hər ehtimala qarşı tabutların utilizə edilməsinə qərar verilib.

Qeyd edək ki, Mordoviya da digər regionlar kimi aprel ayında su altında qalıb. Bu tabutların daşqın nəticəsində üzə çıxaraq suya qarışıb-qarışmadığını yalnız təxmin etmək qalır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi