UNRWA: Qəzza zolağında 100 minə yaxın insan həlak olub, yaralanıb və itkin düşüb

UNRWA İsrailin oktyabrın 7-dən bəri bombaladığı Qəzza zolağında 100 minə yaxın insanın öldüyü, yaralandığı və ya itkin düşdüyünü elan edib.

İSNA-nın məlumatına əsasən, BMT Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Orta Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini “X” sosial media platformasında etdiyi paylaşımda Qəzza əhalisinin 80 faizindən çoxunun didərgin düşdüyünü qeyd edərək 17 min uşağın müdafiəsiz qaldığına və ya ailələrindən ayrı düşdüyünə diqqət çəkən Lazzarini deyib: Bu  4 aylıq müharibə zamanı 100 minə yaxın insan həlak olub, yaralanıb və itkin düşüb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 27 min 478 nəfər həlak olub, 66 min 835 fələstinli isə yaralanıb.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu