Ukraynada marketlərdə son vəziyyət belədir (Video izlə)

Bu gün Kiyevdə səhər saat 5 radələrində partlayış səsinə oyandıq. Hazırda havada Ukraynanın hərbi təyyarələri uçur”.

Bu sözləri Kiyevdə yaşayan azərbaycanlı tələbə Səttarova Möminəxatun bildirib. O, bildirib ki, hazırda şəhərdə gərginlik yaşanır.

“Küçələrdən hərbi avtomobillər keçir. Mağazalarda gündəlik təlabat üçün lazım olan ərzaqların qıtlığı müşahidə olunur”, – o, bildirib.

Həmyerlimizin sözlərinə görə, hazırda Ukraynada azərbaycanlı tələbələr çoxdur:
“Kiyevdə Azərbaycan vətəndaşları, tələbələr təhlükəsiz yerlərə, evlərə sığınmışıq. Burada çox sayda azərbaycanlı tələbələr var”.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi