Ukraynada döyüşmək üçün xarici legionerlər belə aparılır (Video izlə)

Böyük Britaniyadan legionerlər Rusiya ilə döyüşmək üçün Ukraynaya aparılıb.

Legionun Ukraynaya gəlişi videosunu “Azadlıq” radiosu yayıb.

Görüntülərdə bir neçə britaniyalının Ukraynaya gəldiyi görünür. Onlardan biri – Cek niyə belə bir addım atmağa qərar verdiklərinə aydınlıq gətirib:

“Mənim adım Cekdir, mən İngiltərədənəm. Biz Ukraynaya Rusiyanın işğalını dayandırmağa kömək etmək üçün gəlmişik. Ümid edirik ki, qalib gələcəyik!.. Biz bura niyə gəlmişik? Burada müharibə cinayətləri baş verir və bu, olmamalıdır”.

Hadisələri monitorinq edən Fransalı jurnalistlər isə, onların sadə ingilis vətəndaş deyil, əslində xüsusi hazırlıqlı hərbçilər olduqlarını, sadəcə hərbi formalarını dəyişərək könüllü görüntüsü aldıqlarını və bunun çox təhlükəli olduğunu bildirib.

Xatırladaq ki, daha öncə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayaraq bildirmişdi ki, Böyük Britaniyanın keçmiş Kral Dəniz Piyadaları olan şəxslər Ukrayna xalqına kömək etmək üçün Ukraynaya gəliblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya