Ukraynada bir qrup cinayətkar sionist həbs olunub

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar sionistlər Avropada da öz mahiyyətlərini fərqli şəkildə göstəriblər.

İsrail mətbuatı bazar günü axşam Ukrayna polisi tərəfindən Kiyevdə bir qrup cinayətkar sionistin xarici turistlərdən pul almaqda və soyğunçuluqda suçlu bilinərək həbs edildiyini yazıb.

İbri dilində nəşr olunan “Walla News” qəzetinin yazdığına görə, sionist cinayətkar dəstələri restoran və kafelərdə fəaliyyət göstərmiş, Ukrayna rəsmiləri isə bu qrupun əməlləri barədə turistlərə dəfələrlə xəbərdarlıq etmişlər.

Hesabata görə, 2020 -ci ildən Ukraynanın paytaxtında fəaliyyət göstərən bu qrup indiyədək 150 -yə yaxın turisti aldadaraq pul almışdır. Onlar müxtəlif kafe və restoranlarda bəzi ofisiant və xidmət göstərənləri ələ alaraq, turistlərə verilən sifarişdən 10 dəfə artıq faktura təqdim edirmişlər.

Sifarişindən on minlərlə dollar daha çox ödəməli olan qurbanlar, ödəməkdən imtina etdikdə isə təhdid edilərək zorla pulu ödəməyə məcbur edilirmiş.

Jerusalem Post -un yazdığına görə, turistlər müqavimət göstərdikləri halda, sionistlər onların pul və ya qiymətli əşyalarını oğurlayırmışlar.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya