Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında İstanbul danışıqlarının ikinci raundunda razılaşdırılmış mexanizm əsasında növbəti əsir mübadiləsinin həyata keçirildiyini elan edib.
Bu raundda 25 yaşdan kiçik, yaralanmış və ya ciddi sağlamlıq problemi olan əsirlər mübadilə olunub. Azad edilən əsirlərin əksəriyyəti Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk ilində əsir götürülmüş şəxslərdir.