Ukrayna Təhlükəsizlik Xidməti qadın monastırına basqın etdi – FOTO

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin Mukaçovo şəhəri yaxınlığındakı Draçino kəndində yerləşən Kirill-Mefodi qadın monastırında axtarış aparıb.

Bu barədə xüsusi xidmətin “Telegram” kanalında məlumat verilib.

Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, o, Karpatyanı bölgədə Mukaçyvo yeparxiyasının monastırlarından birinin ərazisində əks-kəşfiyyat (təhlükəsizlik) tədbirləri həyata keçirir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kilsə nümayəndələrinin bilavasitə iştirakı ilə göstərilən ərazilərdə və binalarda yoxlama işləri aparıblar. Həmçinin müəyyən şəxslərin Ukraynanın dövlət suverenliyinə zərər vuran qanunsuz fəaliyyətlərdə iştirakı araşdırılıb.

Qeyd edilib ki, yoxlamalarda məqsəd yeparxiyadan “rus dünyası”nın mərkəzi kimi istifadə etmək niyyətləri ilə bağlı məlumatların yoxlanması, Ukrayna Pravoslav Kilsəsi binalarının “Rusiya vətəndaşlarına sığınacaq” kimi istifadəsinə yol verilməməsinin qarşısının alınmasıdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi