Ukrayna: İsrail bizimlədir!

QafqazTimes.com  Ynet-ə istinadən xəbər verir: Çərşənbə günü The Jerusalem Post xəbər yaydı ki, sionist İsrail rejiminin başçısı Naftali Bennet Ukrayna prezidenti Zelenski ilə telefon əlaqəsi saxlayıb və Zelenskini Putinin şərtlərini qəbul etməyə çağırıb. Bu xəbərdən sonra İsrailin Moskva cəbhəsəində  dayanması ilə bağlı iddialar səsləndi. Amma siyasətdən baş çıxaranlar yubanmadan bu xəbərin yalan olduğunu dedi. Xəbərə Ukrayna prezidentinin müşaviri Mixail Podolyak münasibət bildirib. Podolyak deyib: Bennet bizi Rusiyanın tələblərini yerinə yetirməyə çağırmayıb. İsrail də digər vasitəçilər kimi sülhə çağırış etməklə kifayətlənib. Əslində hərbi və siyasi baxımından belə tələblər ola bilməz. Əksinə, İsrail Rusiyanı vəziyyəti düzgün qiymətləndirməyə dəvət edib.

Related posts

Ən gözəl dəvət – video

Tək silahımız səsimizdirsə…- video

Həcci əvəz edən əməl yoxdur