QafqazTimes.com ssu.gov.ua-ya istinadən xəbər verir: Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəsmi informasiya şəbəkəsində yayılmış bəyanatında ABŞ və Britaniya aqressor adlandırılır. Vaşinqton və Londonun Rusiyanın Ukraynaya hucumu barədə yaydığı şayiələr səbəbindən Ukrayna iqtisadiyyatı çökmək üzrədir. Nazirlik əhalini Rusiyanın hücumu ilə bağlı şayiələrə inanmamağa çağırıb. Baş verən hadisəni hibrid müharibə adlandıran SBU iqtisadi böhrana görə qərbi ittiham edib. Bloomberg, CNN, Washington Post, Guardian, Der Spiegel, The New York Times kimi mənbələrin yaratdığı ajiotaj səbəbindən ölkədən 12,5 milyard dollar sərmayə çıxarılıb. Rusiya dəfələrlə heç bir hücum planlaşdırılmadığını desə də ABŞ prezident səviyyəsində hucum üçün vaxt təyin edir. Artıq Ukrayna xalqı Rusiya yox, qərbi məkrli fəaliyyətlərinə görə ittiham edir.
Ukrayna ABŞ-ı “araqarışdıran” adlandırdı!
