“Uçan boşqab”ın ABŞ-da nüvə başlığını sıradan çıxarmasının görüntüləri yayıldı – FOTO/VİDEO

“ABŞ ordusunda sınaqlar zamanı nüvə başlığını sıradan çıxaran uçan naməlum obyektin (UNO) video görüntüləri var”.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan zabitləri leytenant Bob Ceykobs və mayor Florens Mansmann xəbər veriblər.

Bununla bağlı dərc olunan görüntülərdə “uçan boşqab”ın “Atlas” raket gücləndiricisindən qopduqdan sonra sursatsız döyüş başlığının ətrafında dövrə vurması görünür. Sonra UNO döyüş başlığına dörd lazer şüası tuşlamaqla onu sıradan çıxarır.

İddia edilən hadisə təxminən 60 il əvvəl, 1964-cü il sentyabrın 15-də baş verib.

Həmçinin qeyd edilir ki, bu hadisə ilə bağlı radar məlumatları fevralın əvvəlində məxfilikdən çıxarılıb və tezliklə ictimaiyyətə açıqlanacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi