“Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı yenidən rekord həddə çatıb.
Bu barədə amerikalı milyarder İlon Mask özünün “Twitter” hesabında xəbər verib.
“Və… biz bu dəqiqə etibarilə “Twitter” istifadəçilərinin sayına görə rekord qırdıq”, – sahibkar öz səhifəsində yazıb.
Mask əvvəlki rekordu noyabrın 11-də elan etmişdi.
Amma hər iki halda istifadəçilərin dəqiq sayı açıqlanmayıb.
Noyabrın 7-də “The Verge” internet portalı daxili “Twitter” sənədinə istinadən yazıb ki, sosial şəbəkədən pul qazanan istifadəçilərin sayında gündəlik artım Maskın rəhbərliyinin ilk həftəsində rekord həddə çatıb; pul qazanan istifadəçilərin sayında gündəlik artım 20% artıb.