Twitter sionist Yəhudi lobbisinin təzyiqi ilə tanınmış jurnalistin hesabını bağladı!

X (Twitter) sosial şəbəkəsi misirli jurnalist Basim Yusifin-in 11 milyon izləyicisi olan hesabını heç bir ədalətli səbəb olmadan və yalnız Fələstin və Qəzzə xalqına dəstək verdiyi üçün bağladı.

Qafqaztimes xəbər verir ki, sosial şəbəkələrdə bir çox fəallar bildirib ki, bu hərəkətin səbəbi Yusifin Fələstini qətiyyətlə dəstəkləməsi və sionist lobbilərin X şəbəkəsinə təzyiqidir.

Yusif, İsrailin Qəzzədəkı qanlı müharibəsini şərh etmək üçün Qərb mediasının platformalarına çıxması və rejimin yalanlarına və Fələstinlə bağlı təhrif edilmiş Qərb hekayələrinə cavab vermək bacarığı ilə məşhur idi.

Twitter fəalları bir müddət əvvəl “Antisemitizmi dayandır” adlı bir təşkilatın bu misirli jurnalistə xüsusi hücum etdiyini və onu “həftənin antisemit (yəhudi düşməni) xarakteri” kimi təqdim etdiyinə diqqət çəkiblər. “X” platforması ittihamlar haqda heç bir araşdırma aparılmadan Yusifin səhifəsini bağlayıb.

Yusif “X” platformasında (keçmiş Twitter) istifadəçi hesabında uzun bir yazıda belə yazmışdı: “Xarici proqramlardakı təcrübəmi və mövcud vəziyyəti müzakirə edərkən diqqət etməli olduğumuz şeyləri sizinlə bölüşmək istəyirəm:

Fələstinlə bağlı məsələnin reallığını dilə gətirməyinizə mane olmaq üçün müəyyən məqamda nəfəsinizi dərməyə çalışırlar… Sizə “Həmas terrorçudurmu?” kimi suallar verirlər? Yaxud deyirlər:” Görün müsəlmanlar bir-birinə nə edir?! Niyə İraqdan, Yəməndən, Somalidən, Suriyadan danışmırsınız? HƏMAS-ın Fəth hərəkatına nə etdiyini gördünüzmü? Fələstin rəhbərliyi yaxşıdır?” Və bu kimi sözlərlə fikrinizi yayındarmağa və sizi çaşdırmağa çalışırlar.

Alalam

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?

1 şərh

토토사이트 Avqust 20, 2024 - 10:56 axşam

먹튀검증 전문가들이 꼼꼼하게 검증한 안전놀이터 토토사이트를 소개합니다. 안심하고 베팅하세요.

Add Comment