QafqazTimes Forbes-ə istinadən xəbər verir: Twitter-in 44 yaşlı direktoru nə üçün istefa verdi? Baş vermiş hadisələrin ən etibarlı səbəbini bu hadisələrin mərkəzində dayanan şəxs bilir. Dorsi nə deyir? Meditasiya, aclıq çəkmək, mənəvi axtarışlar Dorsini onu ətrafındakıladan fərləndirən xüsusiyyətlərdir. O, çox əvvəllər sosial şəbəkənin təhlükəsini etiraf edib və öz məsuliyyəti kimi mövzulara diqqətli olub. Belə bir şəraitdə onun gedişi təbiidir. Amma rasional səbəblər də var. O hələ 2022-ci ilə qədər direktorlar şurasının üzvü kimi qalacaq.
Ötən il investor məhz iki kompaniyaya rəhbərlik etdiyi üçün (Twitter və Square) Dorsini uzaqlaşdırmağa çalışmışdı. O zaman problem həll olundu, investor Elliott Management bildirdi ki, Twitter-in çıxış göstəriciləri təmin edilsə Dorsi qala bilər. Bunu qibtə də adlandırmaq olar. Müasir dünyada insanın bir neçə sahədə çalışmasının tərəfdarları və əleyhdarları var. Aksionerlə çəkişmədə Mask (İlon) Dorsinin tərəfində dayanıb.
Dorsi Twitter-i 2006-cı ildə Evo Uilyams, Biz Stoun, Hoe Qlassla yaradıb.
Dorsinin kapitalı $11,8 млрд dəyərləndirilir. O vəd edib ki, ömrünün sonuna qədər bütün pullarını xeyriyyə işlərinə xərcləyəcək. Dorsi məşhur insanlara da maddi dəstək verir.
-Dorsi fizik ailəsində doğulub;
-heç vaxt təhsilini başa vurmayıb;
-gənclikdə panki olub;
-Giorgio Armani və Diesel-də model kimi çalışıb;
-masajist sertifikatı var…