Türkiyəyə uçan təyyarədə uşaq dünyaya gəldi – FOTO

Daşkənd-İstanbul reysi ilə uçan Özbəkistan Hava Yollarına məxsus təyyarədə uşaq dünyaya gəlib.

Təyyarə Türkiyə hava məkanına daxil olduqdan sonra 27 yaşlı Abdumanapova Sitora adlı Qırğızıstan vətəndaşının doğum sancıları artıb. Daha sonra təyyarənin kapitanı göyərtədə həkim olub-olmaması ilə bağlı anons edib.

Heyətin köməyi ilə həyata keçirilən doğuşda oğlan uşağı dünyaya gəlib. Pilot hava limanı ilə əlaqə yaradılaraq vəziyyəti izah edib və həkim qruplarının hazır vəziyyətdə saxlanmasını istəyib.

28 həftəlik körpə və ana təcili yardımla xəstəxanaya aparılıblar, onların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi