Türkiyənin xarici işlər naziri: ABŞ-ın rəftarları müttəfiqlik ruhuna ziddir

Qafqaztimes xəbər verir ki, İstanbulda çap olunan “Türkiyə” qəzeti yazıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün çıxışında deyib: “ABŞ-ın PKK, PYD (Suriya Kürd Demokratik Birlik Partiyası) və PG-ni (Demokratik Birlik Partiyasının hərbi qolu) himayə etməsi, Türkiyənin S400 sistemlərini (Rusiyadan) almasına müxalif olması müttəfiqlik ruhuna ziddir.”

Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında Romada keçirilən son görüşünü şərh edərkən deyib: “Bu görüş konstruktiv keçdi”.

O, bildirib ki, Türkiyə prezidenti Baydenlə görüşündə açıq şəkildə vurğulayıb ki, ABŞ-ın PKK və YPG ilə əməkdaşlığı, o cümlədən ABŞ-da Fəthullah Gülən şəbəkəsinin fəaliyyətinin davam etməsi və ABŞ-ın S400 sistemləri ilə bağlı mövqeyi iki ölkənin müttəfiq olması ilə uyğun gəlmir.

Türkiyənin xarici işlər naziri həmçinin bildirib ki, ABŞ-ın təklifi ilə birgə işçi qrupu yaradılacaq. Hazırda aidiyyatı nazirliklərlə müzakirə olunacaq məsələlər barədə danışıqlar aparılır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya