Türkiyənin keçmiş təhlükəsizlik rəsmisi: İranın hərbi reaksiyasının zərəri ağır oldu

Türkiyə Hərbi Kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Haqqı Pekin İranın sionist rejimə hərbi cavabının nəticələri ilə bağlı verdiyi müsahibədə deyib: İranın hücumunun məqsədi onun nə qədər uzaqdan vura biləcəyini ilə bağlı qabiliyyətini göstərmək idi.  Bu da İranın önləyici gücünü nümayiş etdirdi.

İsmayıl Haqqı Pekin bundan sonra Netanyahu təkbaşına İrana qarşı müharibəyə başlamaq qüdrətinə malik olmadığını vurğulayaraq qeyd edib: İranın reaksiyasının 3 hədəfi var idi: 2 hərbi-hava bazası və 1 Mossadın opreativ mərkəzi.

İsmayıl Haqqı Pekin sionist rejimə dəymiş ziyanla bağlı öz fikrini bildirərək deyib: Mənə çatan məlumata görə zərərin cüzi olduğu iddia edilsə də  2 baza ağır ziyan görüb.

Xatırladaq ki, 14 apel səhər tezdən İran sionist rejimin bu ölkənin Suriyadakı konsulluq binasına qarşı raket hücumuna cavab olaraq, işğal olunmuş ərazilərdəki üç hərbi və kəşfiyyat məntəqəsini pilotsuz təyyarələr, qanadlı və ballistik raketlərlə hədəfə alıb və  ən azı 9 raketlə təyin edilmiş nöqtələr vurulub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib