Türkiyənin İraqdakı bazası raket hücumuna məruz qalib

Qafqaztimes xəbər verir ki, İraq xəbər mənbələri Şimali İraqdakı türk hərbi bazasının hədəfə alındığını bildirib.

“Sabirin News” telegram kanalı Türkiyə ordusuna məxsus Mosulun şimal-şərqində yerləşən Zelikan bazasının 4 Qrad raketi ilə hədəfə alındığını yazıb.

Bundan əvvəl Zelikan bazası noyabrın 7-də 7 ədəd Katyuşa raketi ilə hədəfə alınmışdı.

Həmçinin Avqustun 12-də də Zelikan bazası raketlərlə hədəfə alınmışdı. Həmin hücumda bazaya atılan raketlərin sayı beş idi.

Bununla bağlı İraq parlamentinin üzvü “Məhəmməd əl-Şəbəki” Türkiyənin Mosulu nəzarətə götürmək və ərazisinə birləşdirmək kimi düşünülmüş planı barədə xəbərdarlıq edib və Türkiyənin bu istiqamətdəki səylərinin 2014-cü ildən bəri davam etdiyini bildirib.

O, həmçinin bildirib: “Türklərin Neynəvada bir layihəsi var və onlar bunu çoxdan planlaşdırıblar. Məsələ təkcə Kürdüstan Fəhlə Partiyasını (PKK) hədəfə almaq deyil, ortada başqa məqsədlər də vardır.”

O, həmçinin deyib: “Bu plan 2014-cü ildən əvvəl ABŞ-ın Mosulu Türkiyə konsulluğu vasitəsilə idarə etməsi məqsədi ilə hazırlanmışdı və bu gün Ankaranın bu bölgəyə hakim olmaq və İraq ərazisini öz torpaqlarına ilhaq etmək cəhdləri olduqca aydındır.”

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı