Türkiyənin İlisu bəndi İraq üçün təhlükəlidir

Qafqazinfo.com Alalam-a istinadən xəbər verir: Tikintisinə 2006-cı ildə başlanılmış İlisu bəndi və elektrik stansiyası İraqda müəyyən narazılıqlar yaradıb. Dəclə üzərində bəndin tikintisində onun İraq üçün yaradacağı problemlər nəzərə alınmayıb. Məsələ təkcə İraqda su ehtiyatlarının azalması deyil, həm də yaxın ətrafda yaşayış məskənlərinin boşaldılmasıdır. İlisu bəndi eyni zamanda Türkiyə üçün faydalıdır. Enerji istehsalı, selin qarşısının alınması, su ehtiyatlarının toplanmasıdır. İraq tərəfinin bəndin tikintisi ilə bağlı Türkiyəyə təklifləri açıqlanmır. Nə etmək olardı ki, Dəclənin imkanlarından hər iki ölkə faydalansın? İraqdakı böhranlı durum bu ölkəni öz mənafelərinin keşiyində dayanmaq imkanından məhrum edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib