Türkiyənin bir rayonu fəlakət zonası elan edildi – FOTO

Türkiyənin şimalındakı Zonquldak vilayətinin Ereğli rayonu güclü yağışlardan sonra fəlakət zonası elan edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Onun sözlərinə görə, 226 sahibkarlıq subyektinə və 54 mülkə ziyan dəyib.

Həftəsonu təbii fəlakətin əsas təsiri Türkiyənin Qara dəniz sahillərinə dəyib. Ereğlidə sel və daşqınlar nəticəsində batan quru yük gəmisinin dənizçisi də daxil olmaqla dörd nəfər ölüb. Daha 11 nəfər ekipaj üzvləri itkin düşənlər siyahısındadır və onların axtarışı davam edir. Qasırğa və leysan nəticəsində xeyli maddi ziyan dəyib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) könüllüləri küçələri təmizləyir, su basmış iş yerlərində və evlərdə normal həyata qayıtmaq üçün var gücləri ilə çalışırlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi