Türkiyədə zəlzələdən zərərçəkmişlər hökumətdən şikayətlənirlər

QafqazTimes xəbər verir ki, Türkiyədə minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən 6 gün keçir. Artıq Türkiyə hökumətinin lazımi addımlar atmaması nəticəsində xalqın ağrı acısı hiddətə və gərginliyə çevrilib.

“Əl-Cəzirə” telekanalının saytı bazar günü bu barədə yazıb: “Türkiyədə bir çox insan xilasetmə əməliyyatlarının çox yavaş getməsindən və dağıntılar altında sağ qalanları tapmaq üçün dəyərli vaxtın itirilməsindən məyus olduğunu ifadə edir. Digərləri isə xüsusən də Suriya sərhədinə yaxın Hatay vilayətinin cənubunda, Türkiyə hökumətinin siyasi və dini səbəblərdən ən çox zərər çəkmiş bölgəyə yardımı gecikdirdiyini deyirlər.”

Türkiyənin cənub-şərqindəki Adıyamanda yaşayan bir türk vətəndaşı Busra Öztürk yaxınlarını binanın xarabalıqları qarşısında gözləyir, lakin onların artıq öldüyü güman edilir. O, fikirlərini belə ifadə edib: “Üç gün çöldə kömək gözlədim. Heç kim gəlmədi. Xilasetmə qrupları çox az idi!”

Dəfn olunmuş ailə üzvlərinin tapılması üçün heç bir tədbir görülməməsi hissi zəlzələ zonasının digər yerlərində də var. Antakya şəhərində insanlar sökülən yaşayış binasının qarşısında dayanıblar. Zəlzələ baş verən zaman bu 12 mərtəbəli binada 1000-dən çox insan olub. Ərazinin sakinləri yüzlərlə insanın hələ də binanın içində olduğunu bildiriblər.

Oğlu və 7 aylıq nəvəsi ölü halda binadan çıxarılan Badihe Kanmaz isə deyib: “Bu zülmdür, bilmirəm nə deyim. Cəsəd torbalarını açırıq ki, bizim olub-olmadığını görək. Biz hətta parçalanmış meyitləri da yoxlayırıq.”

Kanmaz Türkiyə hökumətini ləng reaksiya verməkdə və Milli Xilasetmə Təşkilatını kifayət qədər iş görməməkdə günahlandırıb. O və Antakyadakı başqaları belə düşünürlər ki, bölgədəki ələvilərə kömək etmək hökumət üçün ikinci dərəcəlidir, çünki Türkiyə seçkilərində ənənəvi olaraq ələvilər az iştirak edir.

Kanmaz ailəsinin ölümündə binanın inşaatçısını günahlandırıb. O, deyib: “Əllərimlə podratçını parçalayardım!”

Türkiyənin rəsmi xəbər agentliyi xəbər verir ki, 250 mərtəbəli binanın tikintisinə nəzarət edən bir podratçı cümə günü ölkəni tərk etmək üçün təyyarəyə minməzdən əvvəl İstanbul hava limanında həbs edilib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

1 şərh

autodesk 3ds max 8 keygen Fevral 14, 2023 - 1:43 axşam

ADOBE PREMIERE PRO CRACK | FEBRUARY 2023 UPLOAD https://youtu.be/nJhhKTPbsM4

Add Comment