Türkiyədə terrorçuya fantastik cəza: Yeddi dəfə ömürlük və 1794 il azadlıqdan məhrumetmə

2022-ci ildə Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə təqsirləndirilən şəxsə yeddi ömürlük həbs cəzası verilib.

Bu barədə məhkəmənin qərarından aydın olub.

Bildirilir ki, Əhlam əl-Bəşir İstiqlal küçəsində törədilən terror hadisəsində dövlətin birliyini və bütövlüyünü pozmaq, həmçinin altı nəfəri qəsdən öldürmə ittihamı ilə yeddi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Əl-Bəşir digər cinayətlərə görə də 1794 ilə qədər azadlıqdan məhrum edilib.

Terrorçu iclasda son söz zamanı özünü müdafiə etməyəcəyini bildirib:

“Verəcəyiniz hər bir hökmü qəbul edirəm”, – deyə o bildirib

Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən terror nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb, 99 nəfər yaralanıb. Kustar yolla hazırlanmış bomba olan çantanı tərk edən Suriya əsilli Əhlam əl-Bəşir 2022-ci il noyabrın 14-də ələ keçib. Müstəntiqlərin fikrincə, hücumda Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələri iştirak ediblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi