Türkiyədə memarlıq şedevri: “Yıxılan bina” (Video izlə)

Bu il güclü zəlzələyə şahidlik edən Türkiyənin Hatay şəhərində yerləşən yaşayış binası onu ilk dəfə görən insanların narahatlığına səbəb olur.

Məsələdən bixəbər olan bəzi yerli sakinlər və şəhərin qonaqları niyə uçmaq təhlükəsində olan binanın aidiyyəti qurumlar tərəfindən sökülmədiyindən narahat olub, şikayət etmək qərarına gəliblər.

Lakin aparılan kiçik jurnalist araşdırması nəticəsində məlum olub ki, əslində, bina zəlzələdən əvvəl inşa edilib və memar binaya fərqli görünüş vermək məqsədi ilə onu “yıxılan bina” formasında tikib. 

Fevral ayının 6-da baş vermiş güclü zəlzələ isə bu binaya heç bir zərər vurmayıb.

Yaxınlıqda yaşayan sakinlər hamını əmin edirlər ki, bina tikilərkən bütün təhlükəsizlik qaydalarına riayət edilib və yaşayış binası heç bir təhlükə törətmir, əksinə, şəhərin memarlığına özünəməxsus rəng qatır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi