Türkiyədə gənə dişləməsindən növbəti ölüm halı qeydə alındı – FOTO

Türkiyənin Sivas vilayətində bu il gənə dişləmələri nəticəsində ortaya çıxan Krım-Konqo hemorragik qızdırma xəstəliyindən dünyasını dəyişənlərin sayı 3-ə yüksəlib.

Məlumata görə, 54 yaşlı şəxs bədəninə yapışmış gənəni çıxardıqdan sonra özünü pis hiss edib. Sivas Cümhuriyyət Universiteti Xəstəxanasında ona Krım-Konqo hemorragik qızdırma diaqnozu qoyulub.

Lakin bütün müdaxilələrə baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb.

Həmçinin yoluxucu xəstəliklər bölməsində bu diaqnozla xəstəxanaya yerləşdirilən digər xəstələrin də olduğu bildirilib.

Mütəxəssislər gənələrlə bağlı xəbərdarlıq ediblər. Sakinlərə gənə dişləməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi xatırladılıb. Xüsusilə də mal-qara ilə məşğul olanlara diqqətli olmaları və bədənlərinə yapışan gənələri özlərinin çıxarmamaları tövsiyə edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi