Türkiyədə gəlin kişi çıxdı – FOTO

Türkiyənin Aydın şəhərində toy mərasimində maraqlı hadisə yaşanıb. 

Toydan sonra məlum olmayan səbəbdən ailələr arasında dava düşüb və onlar polisə müraciət ediblər. 

Burada C.B. adlı bəyin ailəsi gəlinin rəsmi mənbələrdə kişi adi ilə qeydiyyatda olduğunu öyrənəndə şoka düşüb. C.B. ilə gəlin isə bu hadisədən sonra rayonu tərk edərək izlərini itiriblər. 

Qeyd olunur ki, C.B. bir il əvvəl yola getmədiyi üçün həyat yoldaşından ayrı yaşamağa başlayıb. Sonradan isə həyat yoldaşından rəsmi formada boşanmadan yenidən başqa bir şəxslə – kişi çıxan M.K. ilə evlənməyə qərar verib.

Onların sosial şəbəkədə paylaşdıqları toy və toydan sonrakı görüntülər müzakirələrə səbəb olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi