Türkiyədə Fətullah Gülənin qohumları saxlanıldı (Video izlə)

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda Fətullah Gülənin qardaşı oğlu Selman Gülən, onun həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk və qayınanası Mine Öztürk saxlanılıblar.

Əməliyyatı İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu və Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) birgə həyata keçirib.

Aparılan istintaq çərçivəsində məlum olub ki, saxlanılan şəxslər Fətullah Gülənin göstərişlərini icra ediblər.

Onlar əsasən FETÖ-nün bank və maliyyə sistemini idarə edib, vəqflərə daxil olan şəxslərlə mütəmadi tapşırıqlar veriblər.

Axtarışlar zamanı çoxlu rəqəmsal materiallar, külli miqdarda xarici valyuta və iki saxta şəxsiyyət vəsiqəsi də ələ keçirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi