Türkiyədə baş prokuror vəkili ölümdən xilas etdi – VİDEO

Türkiyədə Bursa Orhanqazi ədliyyəsində icraçı direktor Məhəmməd Fatih Kaya və direktor müavini Taha Selman Bingölün başqa yerə təyinatı münasibətilə vida mərasimi təşkil edilib.

Mərasimə hakimlər, prokurorlar və ədliyyə əməkdaşları ilə yanaşı vəkillər də dəvət olunub.

Uzun illər Orhanqazidə vəkillik edən 79 yaşlı Güner Elçin də qonaqlar arasında olub.

Lakin gözlənilməz hadisə baş verib.

Güner Elçin yemək yediyi zaman nəfəs borusu tıxanıb və qəfildən halı pisləşib. Ətrafdakılar müdaxilə etsələr də, heç bir nəticə əldə etməyiblər.

Bu zaman Orhanqazi respublika baş prokuroru Enis Tekgül Güner Elçinin köməyinə gəlib. O, Heymlix fəndi ilə yaşlı vəkilə yenidən nəfəs aldırıb və onu ölümdən xilas edib.

Baş verənlər anbaan təhlükəsizlik kameralarına əks olunub.

Related posts

Boliviyadakı “intihar evləri”… – FOTO

Beyin hansı yaşdan sonra qocalmağa başlayır? – Rusiyalı mütəxəssisdən açıqlama

Təyyarə qəzalarının açarı – “Qara qutu” NƏDİR…