Türkiyədə ayaqqabılarında qaçaq qızıl külçələr tapılan ermənilər saxlanılıb – FOTO/VİDEO

Türkiyənin Qars şəhərində Ermənistan vətəndaşlarının ayaqqabılarının içərisində gizlədilmiş qızıl külçələr ələ keçib.

Bu barədə Türkiyənin hüquq-mühafizə orqanlarından xəbər verilib.

Məlumata görə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi və Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları təftiş zamanı şübhələndikləri iki nəfəri saxlayıblar.

Ermənistan vətəndaşı olduğu müəyyən edilən şübhəlilərin üzərində axtarış aparan polis onların ayaqqabılarının içərisindən çəkisi 1 kiloqram 51,71 qram olan yeddi ədəd külçə qızıl aşkar edib. Külçələrin bazar qiymətinin 3,5 milyon lirə (təxminən 185 min manat) olduğu qeyd edilib.

Saxlanılanlar barədə cinayət içi açılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi