Türkiyə və sionist rejimi Fələstin qazını Avropaya ixrac etməyi planlaşdırır

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimin işğal olunmuş Fələstindən oğurlanmış təbii qazın Avropa qitəsinə ixracında ölkəsi ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Livanın Əl-Nəşrə xəbər saytı bazar ertəsi xəbər verib ki, Ərdoğan mətbuat konfransında Türkiyənin energetika nazirinin tezliklə məsələ ilə bağlı danışıqlara başlayacağını açıqlayıb.

Türkiyə prezidenti əlavə edib ki, keçmiş baş nazir Benyamin Netanyahunun dövründə bu plan enerji sahəsində həyata keçirilməli idi, lakin Təl-Əvivin qərarı qəfil dəyişdirildi.

O, həmçinin əlavə edib ki, Kipr və Yunanıstanla əldə olunan razılaşmaya əsasən, İsrail Şərqi Aralıq dənizindən Kipr və Yunanıstan vasitəsilə Avropaya təbii qaz ixrac etmək niyyətindədir, lakin belə marşrut əlverişli deyil və baha başa gələcək.

Ərdoğan vurğulayıb ki, maya dəyərinin hesablanması göstərir ki, bu baxımdan uyğun üsul təbii qazın Türkiyə ərazisindən ötürülməsidir.

Qeyd edək ki, Türkiyə prezidenti bu yaxınlarda ölkəsi ilə İsrail arasında enerji sahəsində əməkdaşlığın Aralıq dənizinin şərqində arta biləcəyinə ehtimal vermişdi.

Türkiyə ilə sionist rejim arasında münasibətlərdə baş verən son prosesləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, Ankara müxtəlif iqtisadi böhranlardan əziyyət çəkir və seçkilər ərəfəsində Ərdoğan hesab edir ki, bu problemlərin həlli Ankara-Tel Əviv əlaqələrinin yaxşılaşdırılmasıdır.

Related posts

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəhudilər…