Türkiyə səfirliyi Təl-Əviv əməliyyatını pisləyib

QafqazTimes xəbər verir ki, Türkiyənin Təl-Əvivdəki səfirliyi dünən günorta (cümə) bəyanat yayaraq, işğal olunmuş ərazilərdə keçirilən anti-sionist əməliyyatına reaksiya verib.

Türkiyə səfirliyinin “Twitter” səhifəsində yerləşdirilmiş bəyanatında deyilir: “Biz aprelin 7-nə keçən gecə Təl-Əvivdə törədilən terror aktını pisləyirik və bu cür hücumların artmasından narahatıq.”

Bəyanatda həmçinin bildirilir: “Biz həlak olanların ailələrinə, eləcə də İsrail xalqı və dövlətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.”

Bundan əvvəl Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da verdiyi bir açıqlamada bu əməliyyatı pisləmişdi.

Ötən gecə Fələstin mənbələri Təl-Əvivin ən böyük prospektlərindən biri olan Dezqenovda cihad əməliyyatının uğurla həyata keçirildiyini bildirmişdilər. Medianın məlumatına görə, bu əməliyyatda 9 sionist yaralanıb, daha ikisi isə öldürülüb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib