Türkiyə mafiasının lideri həbs olundu: – ŞOK DETALLAR

Mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin saxlanıldığı iddia edilir.

“Əl Cəzirə” nəşri bu barədə yazıb. Türkiyədə “cinayətkar təşkilatın lideri” olduğu üçün həbs qərarı verilən Sedat Pekerin BƏƏ-də saxlanıldığı bildirilib.

Həmçinin nəşr mafiya liderinin Türkiyəyə təhvil verilə biləcəyini açıqlayıb. 

Qeyd edək ki, “Youtube” hesabından çəkdiyi videolara ara verən Peker bir müddətdir ki, sosial mediadan aktiv istifadə etmir.

Xəbərin prezident Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi, şahzadə Muhammed Bin Zayed Al Nahyanla görüşdən sonra yayılması diqqət çəkir. Bəzi dairələrin iddiasına görə, Sedat Pekerin həbsini Ərdoğan tələb edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi